Xəbər axtarın

Son axtarış nəticələri:

"Qarabağ" - "Ayntarxt" qarşılaşmasının biletləri bu tarixdə satışa çıxarılacaq

15.01.2026 19:29

UEFA Çempionlar Liqasının əsas mərhələsində keçiriləcək “Qarabağ” – “Ayntarxt” (Almaniya) oyununun biletləri sabah satışa çıxarılacaq.

Primeinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisi məlumat yayıb.

Satışa sabah, saat 12:00-dan start veriləcək.

Standart biletlərin qiyməti 10, 15, 25, 35, 40, 50, 75 manat, VIP sektorlar üçün 200, 250, 300 və 400 manat, VVIP sektorlar üçün 1000 manatdır.

Biletlər yalnız iTicket.az-ın mobil tətbiqi və saytı üzərindən əldə edilə bilər.

Qeyd edək ki, qarşılaşma yanvarın 21-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun 21:45-də start götürəcək.

Paylaş: