Xəbər axtarın

Son axtarış nəticələri:

Qırğızıstan Rusiyanı məhkəməyə verib

27.01.2026 20:10

Qırğızıstan Avrasiya İqtisadi İttifaqının Məhkəməsinə Rusiyaya qarşı iddia ərizəsi ilə müraciət edib. İddianın Rusiya tərəfinin əmək miqrantları üçün sığorta polisi verməkdən imtina etməsi ilə əlaqədar olduğu bildirilir.

Primeinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, iddia barədə Qırğızıstanın İcbari Tibbi Sığorta Fondunun prezidenti Azamat Mukanov parlament komitəsinin iclasında məlumat verib.

O bildirib ki, Avrasiya İqtisadi İttifaqı ölkələri arasında bağlanmış sazişə əsasən, üzv dövlətlərin vətəndaşlarına icbari tibbi sığortaya (İTĞ) çıxış imkanı təmin olunmalıdır.

Mukanovun sözlərinə görə, Rusiya “Vətəndaşların tibbi sığortası haqqında” qanunun 96–97-ci maddələrini pozaraq əmək miqrantlarının ailə üzvlərinə İTĞ polisinin verilməsindən imtina edir.

Paylaş: