
“Rusiya tarix boyu siyasi əxlaqı olmayan bir dövlətdir. Rusiya imperiya dövründə də belə olub, Sovetlər dövründə də. Bu gün də əxlaqsız siyasət aparırlar”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı masa” verilişində keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib.
“Duqin və ya Solovyov kimdir ki? Onlara Kremldən hansı informasiyanı ötürürlərsə, onu da səsləndirirlər”, – o vurğulayıb.
Davamı “Qırmızı masa”da: