Xəbər axtarın

Son axtarış nəticələri:

“Şahı iti qovan kimi qovublar, oğlu hara gəlir?” – RƏY - VİDEO

08.01.2026 15:52

“İranda şahın oğlunu Misirdən “banladırlar”. Onun İrana gətirilməsi guya sərf edir ki? Heç sərf eləmir”.

Primeinfo.az xəbər verir ki, bunu tarixçi alim Paşa Həsənli Prime TV-nin “Milli fikir” verilişində deyib.

O, ABŞ-nin İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvini hakimiyyətə gətirmək planını doğru addım hesab etmir:

“İran şahını o vaxt Təbriz, Tehran devirib. Farslar, ərəblər, kürdlər – bütövlükdə toplum olaraq onu iti qovan kimi qovublar. Amerika, Avropa mətbuatında Rza Pəhləvinin və ailəsinin həyat tərzi, əyyaşlıqları, narkomanlıqları haqqında çoxsaylı yazılar var. Övladları haqqında müxtəlif söhbətlər gəzir.

Belə bir həyat tərzi sürən insanı – özü də İran kimi bir yerdə, silah gücü ilə, zorla hakimiyyətə gətirmək kimə lazımdır?”

Davamı “Milli fikir”də:

 

 

Paylaş: