
“Amerikanın indi əsas hədəfi İrandır. İranı da zəiflətmək, rejimi dəyişmək istəyirlər. Amma bu məsələdə Amerikanın böyük səhvi var”.
Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, ABŞ İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvini hakimiyyətə gətirmək istəyir. Lakin bu, heç də doğru addım deyil:
“Şahın oğlunu atıblar ortaya – Pəhləvini. Amerikada yaşayır. Hətta bu yaxınlarda Misirə də getmişdi ki, İrana yaxın olsun. Məsələ burasındadır ki, Pəvləvi rejiminin indiki molla rejimindən heç bir fərqi yoxdur”.
Davamı “Qırmızı masa”da: