
Tanınmış həkim, tibb üzrə fəlsəfə doktoru, Tibb Universitetinin dosenti Ədalət Rüstəm vəfat edib.
Tibb Universitetinin Mətbuat xidmətindən Primeinfo.az-a verilən məlumata görə, o, ATU-nun I cərrahi xəstəliklər kafedrasında çalışıb.
65 yaşlı həkimin ötən gün axşam saatlarında ürək çatışmazlığından vəfat etdiyi bildirilir.
Ədalət Rüstəm Naxçıvan Muxtar Respublikası Şahbuz Rayonu Vergilər Xidmətinin rəisi Nazim Rüstəmovun qardaşıdır.
Yanvarın 5-də isə onların anası dünyasını dəyişib.