Xəbər axtarın

Son axtarış nəticələri:

Tramp: "Venesuelada çoxlu Kuba vətəndaşı öldü"

05.01.2026 12:00

“Venesuela lideri Nikolas Maduronu qoruyan çoxlu Kuba vətəndaşı Birləşmiş Ştatların Venesueladakı hərbi əməliyyatı zamanı həlak olub”.

Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Tramp ABŞ tərəfində itki olmadığını bildirib:

“Bizim tərəfdə ölüm olmayıb, amma təəssüf ki, digər tərəfdə çoxlu ölüm olub. Dünən onu qorumağa çalışan çoxlu kubalı həlak oldu”.

Kuba Prezidenti Migel Dias-Kanel öz növbəsində həlak olan həmvətənlərinin xatirəsini yad edərək bildirib ki, onlar yanvarın 3-də ABŞ-nin hərbçiləri tərəfindən qaçırılan Venesuela Prezidenti Nikolas Maduronu müdafiə edirlər:

“Cəsur Kuba döyüşçülərinə şərəf və şöhrət”.

Paylaş: