
Primeinfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp İrandakı vəziyyətlə bağlı diqqətçəkən bəyanatla çıxış edib.
Onun sözlərinə görə, Vaşinqtona daxil olan son məlumatlarda İranda qətllərin dayandırıldığı, habelə etirazçılarla bağlı edamların planlaşdırılmadığı bildirilir.
Tramp daha əvvəl açıq şəkildə xəbərdarlıq etmişdi ki, əgər İranda etiraz aksiyalarında iştirak edən şəxslərin kütləvi şəkildə edam olunmasına başlanılarsa, ABŞ sərt addımlar atacaq. Prezident xüsusilə “etirazçıları asmağa başlasalar” ifadəsini işlədərək Tehrana ciddi mesaj göndərmişdi.
Son açıqlama isə Ağ Evin mövqeyində müəyyən yumşalma kimi qiymətləndirilir. Bununla belə, Tramp administrasiyasının İranda vəziyyəti diqqətlə izləməyə davam etdiyi və hər an mövqenin dəyişə biləcəyi vurğulanır.