Xəbər axtarın

Son axtarış nəticələri:

Trampdan sərt mesaj: ABŞ İrana Venesueladan da böyük qüvvə yönəldir - FOTO

30.01.2026 22:53


ABŞ prezidenti Donald Trump İrana yönəlik hərbi hazırlığın miqyasının Venesuela böhranı zamanı cəmləşdirilən qüvvələrdən də daha böyük olduğunu bildirib.

Primeinfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp qeyd edib ki, Vaşinqton İranla razılaşmaya ümid edir, lakin hadisələrin başqa istiqamətdə inkişafına da hazırdır: “ABŞ İrandan razılaşma gözləyir. Amma alternativ ssenarilərə də tam hazırıq”.

Bu arada ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı açıqlama yayıb. Bildirilib ki, USS Abraham Lincoln aviadaşıyıcısından F/A-18E Super Hornet qırıcısı Ərəb dənizi üzərində havaya qalxıb.

Qeyd edək ki, ABŞ-İran münasibətlərində gərginliyin artması fonunda Vaşinqtonun bölgədə hərbi fəallığı Yaxın Şərqdə təhlükəsizlik risklərini yüksəldir və proseslər beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir.

Paylaş: