Xəbər axtarın

Son axtarış nəticələri:

Xabi Alonso “Real Madrid”dən göndərildi

12.01.2026 21:48

“Real Madrid” rəhbərliyi “Barselona” ilə keçirilən “El Klassiko”dakı məğlubiyyətdən sonra baş məşqçi Xabi Alonso ilə yollarını ayırıb.

Primeinfo.az xəbər verir ki, bu barədə Madrid təmsilçisi rəsmi bəyanat yayıb.

Klubun açıqlamasında Xabi Alonsonun “Real”ın əsl əfsanəsi olduğu, hər zaman madridistlərin sevgi və heyranlığını qazanacağı vurğulanıb. Rəhbərlik 44 yaşlı mütəxəssisə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında ona uğurlar arzulayıb.
Xatırladaq ki, Xabi Alonso 2025-ci ilin yayında Karlo Ançelottini əvəzləyərək “kral klubu”nun sükanı arxasına keçmişdi.

İspaniyalı mütəxəssisin göndərilməsinə əsas səbəb ötən gün Səudiyyə Ərəbistanının Ciddə şəhərində baş tutan İspaniya Superkubokunun finalı çərçivəsində “El Klassiko”da “Barselona”ya 3:2 hesablı məğlubiyyət olub.

Paylaş: