Xəbər axtarın

Son axtarış nəticələri:

Zaqatalada maşın aşdı - Ölən və yaralanan var

10.01.2026 20:57

Zaqatalada yol-nəqliyyat hadisəsi baş verib.

Primeinfo.az-ın məlumatına görə, hadisə rayonun Yeni Suvagil kəndi ərazisindən keçən hissəsində olub.
Belə ki, “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Paylaş: