Xəbər axtarın

Son axtarış nəticələri:

“ABŞ gəmiləri İranın neft yolunu tam bağlayıb” – SON DƏQİQƏ - VİDEO

04.02.2026 19:00

“İranda etirazların ilk mənbəyi söndürülməyib. İnflyasiya daha da dərinləşib. İran neftini sata bilmir”.

Primeinfo.az xəbər verir ki, bu fikirləri Prime TV-nin “Qırmızı masa” verilişində “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Onun fikrincə, ABŞ İran sahillərinə hərbi gəmilər göndərməklə, təkcə İranı hədəf almayıb:

“Bu gəmiləri göndərməkdə birinci məqsəd İrana zərbə endirməkdir. İkinci məqsəd isə tamam başqadır. İran neftinin əsas hissəsini Çin ucuz qiymətə alır. Həmin gəmilər imkan verməyəcək ki, neftlə dolu tankerlər Çinə doğru istiqamətlənsin. Amerikanın birinci hədəfi İranın iqtisadi vəziyyətini ağırlaşdırmaqdır.

İkinci hədəfi isə Çindir. Məsələn, Venesuelanı ram etməklə, Amerika Çini Venesuela neftindən məhrum etdi. İranı da ram etsə, Çin daha oradan da ucuz neft ala bilməyəcək”.

Davamı “Qırmızı masa”da:

 

Paylaş: