Xəbər axtarın

Son axtarış nəticələri:

ABŞ səfirliyi: "Xocalı qurbanlarını yad edən Azərbaycan xalqına qoşuluruq" - FOTO

26.02.2026 10:55

“Bu gün biz 1992-ci ildə Xocalıda həlak olanların xatirəsini dərin ehtiramla yad edən Azərbaycan xalqına qoşuluruq”.

Primeinfo.az xəbər verir ki, bu, ABŞ-nin Azərbaycandakı səfirliyinin Xocalı faciəsinin ildönümü ilə bağlı paylaşımında qeyd edilib.

“ABŞ səfirliyi adından həlak olanların ailələrinə və yaxınlarına ən səmimi və dərin hüznlə başsağlığı veririk. Qurbanların xatirəsini anarkən insan ləyaqətinin qorunmasının, mərhəmətin və gələcək nəsillər naminə davamlı sülhün qurulmasının vacibliyini bir daha xatırlayırıq”, – deyə bildirilib.

Paylaş: