
ABŞ Dövlət Departamentinin Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı Fondu TRIPP layihəsinin keçdiyi ərazilərdə sahə araşdırmaları aparmaq üçün AECOM şirkətinin əməkdaşlarını Ermənistana göndərib.
Primeinfo.az xəbər verir ki, bu barədə ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Bildirilib ki, bu iş Ermənistanın uzunmüddətli iqtisadi inkişafına, nəqliyyat əlçatanlığının yaxşılaşdırılmasına və regional inteqrasiyaya kömək edəcək:
“Dəmir yolu və digər infrastrukturun yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və təkliflər hazırlanacaq”.