
Dəmir yolu ətrafında yerləşən sıx tikililər təhlükəsizlik üçün riski artırır.
Bu barədə Primeinfo.az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, bu cür ərazilərdə insanların qatar yoluna çıxması, relslərə kənar əşyaların qoyulması, nəzarətsiz buraxılan heyvanların qatarın qarşısına çıxması, eləcə də digər təhlükəli hallar daha çox qeydə alınır.
“Neqativ halların baş verməməsi üçün isə maşinistlər tez-tez təcili tormozlama etməyə məcbur qalır. Amma bəzən toqquşmalar qaçılmaz olur”, – məlumatda qeyd olunub.