Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “Bizi daxildən parçalamaq istəyirlər” - VİDEO

13.02.2026 16:38


“Biz bu ölkədə o qədər şəhid vermişik. O şəhidlərin qanını yerdə qoyaq? Şəhidlərimizin can verdiyi torpaqda onların vuruşduğu qüvvələr yenidən gəlib, hakimiyyət üzərində nəzarəti əldə saxlasınlar?”

Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.

O, Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevlə birgə Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Ramiz Mehdiyev və digər şəxslərin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələri ilə bağlı məlumatı şərh edib:

“Bu millət azadlıq uğrunda 200 ildir vuruşur. Bu ölkə, bu dövlət bizimdir. Biz bu dövləti canımızla, qanımızla yaratmışıq. Şükür Allaha ki, ölkənin başında Azərbaycanın millət və dövlət maraqlarına sonuna qədər sadiq və gözəl xidmət edən komanda var. O komandaya kim maneə olursa, qarşısında bizi görsün. Vətəndaş kimi bizim etməli olduğumuz budur. Bu, hər bir Azərbaycan vətəndaşının borcudur”.

Aygün Muradxanlının sözlərinə görə, indi Azərbaycan dövlətinin taleyi həll olunur.

“Yeni dünya düzənində Azərbaycan harada olacaq? Kimin yanında, necə olacaq? İndi bu məsələ həll olunur. Bizi daxildən bölmək, parçalamaq, sındırmaq, cəmiyyəti hökumətdən narazı salmaq istəyirlər. Biz bu prosesdə susa bilmərik”.

Davamı “Qırmızı masa”da:

 

Paylaş: