Xəbər axtarın

Son axtarış nəticələri:

Aygün Muradxanlı: “İnsanların haqlarını əlindən alan rejimi necə müdafiə etmək olar?” - VİDEO

03.02.2026 17:16

“Əgər bir insan ədaləti müdafiə etmirsə, o, ümumiyyətlə insan deyil. İnsanın borcu ədalətli mövqe tutmaq və ədalətli mövqe tutanı müdafiə etməkdir”.

Primeinfo.az xəbər verir ki, bunu jurnalist Aygün Muradxanlı Prime TV-nin “Qırmızı masa” proqramında bildirib.

O, İranda baş verən hadisələri, hakimiyyətdə olan fars-molla rejiminin yürütdüyü siyasəti şərh edib:

“Əgər bir rejimin altında insanların bütün haqları əllərindən alınırsa, insanlar dini, milli kimliyinə görə hər şeydən məhrum edilirsə, soyqırımına məruz qalırsa, ərazisi əlindən alınırsa, yurdlarına etnik təfriqə salınır, yurdları boşaldılırsa, o rejimi necə müdafiə etmək olar? Bu – din deyil, təriqətdir”.

Davamı “Qırmızı masa”da:

 

 

Paylaş: