
“Türkiyə siyasətində yaxşı bir söz var – “küçənin səsini dinləmək”. Yəni, hökumət xalqın səsini dinləməlidir”.
Primeinfo.az xəbər verir ki, bu sözləri Prime TV-nin “Qırmızı Masa” verilişində jurnalist Aygün Muradxanlı bildirib.
“Əgər əhalinin pulu yoxdursa, hökumət özünü oda-közə vurub, ona pul tapıb verməlidir. Dövlət büdcəsini doldurmaq üçün əhalinin cərimələrini artırmamalıdır. Büdcənin dolmağı nə üçündür? Məmurların uşaqlarının cibi üçündür? Xeyr, vətəndaşlar üçündür!” – deyə o, əlavə edib.
Aygün Muradxanlı Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyevlə birgə DTX-nın Ramiz Mehdiyev və digər şəxslərin hakimiyyətin zorla ələ keçirilməsinə, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər etmələri ilə bağlı yaydığı məlumatı şərh edib.
Davamı “Qırmızı masa”da: