Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan Prezidenti: “Donald Trampa təşəkkür edirik ki, Cənubi Qafqazda sülhə töhfə verib”

10.02.2026 19:16

“Bu gün Strateji tərəfdaşlıq haqqında Xartiyanın imzalanması ürəkdən aparılan işin nəticəsidir”.

Primeinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Venslə mətbuata birgə bəyanatında deyib.

Azərbaycan Prezidenti bildirib ki, Strateji tərəfdaşlıq haqqında Xartiya 6 ay ərzində hazırlanıb.

“Donald Trampa təşəkkür edirik ki, Cənubi Qafqazda sülhə töhfə verib. Biz sülh şəraitində yaşayırıq, ABŞ hökumətinə təşəkkür edirik”, – Azərbaycan Prezidenti qeyd edib.

Paylaş: