Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycanda cehiz oğurluğu: Bir nəfər saxlanılıb

07.02.2026 22:08


Səbail rayonu ərazisində oğurluq hadisəsi qeydə alınıb.

Primeinfo.az xəbər verir ki, zərərçəkən polisə müraciət edərək övladı üçün cehiz olaraq aldığı 10 min manat dəyərində məişət əşyalarının hissə-hissə olmaqla oğurlandığını bildirib.

Səbail RPİ 8-ci Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı Ağabala Əhmədov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş: