Xəbər axtarın

Son axtarış nəticələri:

"Fərdi hesabında 50 min olan şəxsin pensiya kapitalı 2800 manat artacaq" - Nazir müavini 

10.02.2026 11:36


“Fərdi hesabında 50 min manat olan şəxsin pensiya kapitalı 2800 manat artacaq”.

Primeinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair fevralın 10-da keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.

Onun sözlərinə görə, bu da pensiya kapitalının təkcə aylıq sosial sığorta ayırmaları hesabına deyil, hər il indeksləşdirilmə yolu ilə artması deməkdir:

“Məqsədimiz yalnız birədəfəlik artımlar deyil, davamlı və proqnozlaşdırılan sosial təminat siyasətidir”.

Nazir müavini həmçinin bildirib ki, artımlar avtomatik qaydada olacaq:

“Pensiyaçının hər hansı sənəd hazırlamasına, hansısa quruma müraciət etməsinə ehtiyac yoxdur”.

Paylaş: