Xəbər axtarın

Son axtarış nəticələri:

Güllələnən müəllimin vəziyyəti stabildir

07.02.2026 13:15

Ötən gün səhər saatlarında “İdrak” liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Primeinfo.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Kliniki Tibbi Mərkəzdən (KTM) məlumat verilib.
Bildirilib ki, onun müalicəsi hazırda Reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində silahlı insident baş verib. Liseyin 10-cu sinif şagirdi Ə.Ş. atasına məxsus ov tüfəngini çantasında təhsil müəssisəsinə gətirib. O, riyaziyyat müəllimi 1997-ci il təvəllüdlü Şəhla Kamilovaya atəş açaraq onu yaralayıb.

Paylaş: