Xəbər axtarın

Son axtarış nəticələri:

Hakan Fidan: "Türkiyə hər zaman Azərbaycanın yanındadır"

26.02.2026 15:56

Türkiyənin xarici işlər naziri Hakan Fidan Xocalı soyqırımının ildönümü ilə bağlı başsağlığı verib.

Primeinfo.az xəbər verir ki, o, bununla bağlı özünün sosial şəbəkə hesabında bildirib.

“Xocalı soyqırımının 34-cü ildönümündə həyatını itirən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Qardaş Azərbaycan xalqının kədərini qəlbimizin ən dərin yerində hiss edirik. Türkiyə “Tək millət, iki dövlət” anlayışı ilə hər zaman can Azərbaycanın yanındadır”, – XİN rəhbəri qeyd edib.

Paylaş: