Xəbər axtarın

Son axtarış nəticələri:

HAMAS Qəzzanın idarəçiliyini təhvil verməyə hazır olduğunu bildirib

02.02.2026 19:28

HAMAS Qəzzanın idarəçiliyini təhvil vermək üçün bütün lazımi prosedurları tamamlayıb.

Primeinfo.az “Al Jazeera“ kanalına istinadən xəbər verir ki, bunu HAMAS-ın sözçüsü Hazem Qassem bildirib.

Onun sözlərinə görə, HAMAS idarəçiliyi Qəzzada Milli Hökumətin ixtiyarına verməyə hazırdır.

“Fələstin cəmiyyətinin müxtəlif fraksiyalarından ibarət komitə təhvil-təslim prosesinə nəzarət edəcək. Biz bütün tərəfləri komitənin bərpa və yenidənqurma səylərini asanlaşdırmağa çağırırıq”, – HAMAS sözçüsü qeyd edib.

Qeyd edək ki, ABŞ-ın vasitəçiliyi ilə İsrail və HAMAS arasında əldə olunan razılaşmaya görə, 15 üzvdən ibarət olan Fələstin texnokratik hökuməti Qəzzanın idarəçiliyini HAMAS-dan təhvil alaraq bu bölgəyə özü nəzarət etməlidir.

Paylaş: