Xəbər axtarın

Son axtarış nəticələri:

“İdrak” liseyində güllələnən müəllimin vəziyyəti necədir?

15.02.2026 13:15

“İdrak” liseyində baş vermiş insident nəticəsində şagirdi tərəfindən güllələnən riyaziyyat müəllimi Şəhla Kamilovanın vəziyyəti açıqlanıb.

Kliniki Tibbi Mərkəzdən Primeinfo.az-ın sorğusuna cavab olaraq bildirilib ki, onun müalicəsi hazırda davam etdirilir:

“1997-ci il təvəllüdlü şəxsin (qadın) müalicəsi Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir”.

Xatırladaq ki, fevralın 6-da Bakıdakı “İdrak” liseyində 10-cu sinif şagirdi Ə.Ş. atasının ov silahı ilə öz riyaziyyat müəllimi Şəhla Kamilovanı güllələyib.

Faktla bağlı cinayət işi açılıb. Hadisəni törətməkdə şübhəli bilinən şagird həbs olunub.

Paylaş: