Xəbər axtarın

Son axtarış nəticələri:

İran ABŞ ilə danışıqların ləğv olunduğuna dair xəbərləri təkzib edib

05.02.2026 00:13

İran ABŞ ilə nüvə danışıqlarının təxirə salınması xəbərlərini təkzib edib.

Primeinfo.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkə heabında paylaşım edib.

O bildirib ki, ABŞ ilə nüvə danışıqlarının cümə günü Maskatda keçirilməsi planlaşdırılır.

“Bütün lazımi hazırlıqları gördükləri üçün omanlı qardaşlarımıza minnətdaram”, – o qeyd edib.

Qeyd edək ki, daha əvvəl “Axios” portalı ABŞ və İran arasında fevralın 6-da Omanda keçirilməsi planlaşdırılan danışıqların ləğv edildiyinə dair məlumat yayıb. Buna səbəb isə İran tərəfinin bir gün əvvəl danışıqların Türkiyədə yox, Omanda və ikitərəfli formatda keçirilməsini tələb etməsi olub.

Paylaş: