
“Mənə elə gəlir ki, İran məsələsi artıq həll olunub, sadəcə bunun rəsmiləşdirilməsi üçün zamana ehtiyac var. Düşünürəm ki, ABŞ İranın daxilindəki elitalarla ciddi danışıqlar aparır”.
Primeinfo.az xəbər verir ki, bu sözləri REAL partiyasının sədri, iqtisadçı Natiq Cəfərli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
“Ola bilər ki, görüntüdə dəyişiklik olmasın. ABŞ elita ilə anlaşandan sonra sürətli və qısamüddətli əməliyyatlar nəticəsində İranda elita dəyişikliklərinin baş verəcəyini düşünürəm”, – o əlavə edib.
Davamı “Qırmızı masa”da: