
Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Cenevrədə ABŞ-İran dolayı danışıqları çərçivəsində mediaya açıqlama verib.
Primeinfo.az xəbər verir ki, bu barədə Azad İran məlumat yayıb.
Bəqayi bildirib ki, ABŞ rəsmilərinin ziddiyyətli açıqlamaları diplomatik prosesə kömək etmir və onların əsl niyyətləri ilə bağlı şübhələri artırır: “ABŞ rəsmilərinin ziddiyyətli açıqlamaları müxtəlif vaxtlarda şahidi olduğumuz bir məsələ olub. Son bir neçə saat ərzində Amerika tərəfi media əvəzinə danışıqlar otağında qaldırılmalı olan fikirləri dilə gətirib”.
O, vurğulayıb ki, onların fikirlərini ifadə etməsi rəsmilər arasında fikir ayrılığı olduğuna dair şübhələri artırır və bunun diplomatik müzakirələrə mənfi təsir göstərə biləcəyi ehtimal olunur. Bəqayi açıqlamasında Vaşinqtonun danışıqlar zamanı daha səmərəli və ardıcıl mövqe nümayiş etdirməsinin vacibliyini də qeyd edib.