Xəbər axtarın

Son axtarış nəticələri:

“Kəpəz”in futbolçusu bıçaqlanıb - Vəziyyəti AĞIRDIR

03.02.2026 10:27

Gəncədə “Kəpəz” futbol klubunun futbolçusu Veysəl Rzayev bıçaqlanıb.

Primeinfo.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.

Bakı şəhər sakini 2002-ci il təvəllüdlü V.Rzayev kəsilmiş-deşilmiş yarası ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasına yerləşdirilib.

O, əməliyyat edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.

“Kəpəz”in Mətbuat xidmətindən verilən açıqlamada da futbolçunun vəziyyətinin ağır olduğu vurğulanıb:

“Bəli, futbolçumuz Veysəl Rzayev bıçaqlanıb. Amma hadisənin səbəbi hələlik bəlli deyil. Vəziyyəti bir az ağır olsa da, ölüm təhlükəsi yoxdur”.

DİN-in regional qrupundan verilən məlumata görə, faktla bağlı polis əməkdaşları tərəfindən araşdırma aparılır. Əməli törədən şəxsin saxlanılaraq istintaqa təhvil verilməsi istiqamətində tədbirlər görülür.

Qeyd edək ki, Veysəl Rzayev  bu ilin yanvarın 7-də “Turan Tovuz” futbol kulubundan “Kəpəz”ə transfer olunub.

Paylaş: