Xəbər axtarın

Son axtarış nəticələri:

Kuş Çoksi: "Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün son dərəcə cəlbedicidir"

10.02.2026 10:27

“Azərbaycan bazarında fəaliyyət göstərməyin əsas üstünlükləri həqiqətən də çoxdur. Onlardan ikisini – ölkənin hazırkı inkişaf mərhələsini və möhtəşəm infrastrukturunu xüsusi qeyd etmək istərdim”.

Primeinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanda səfərdə olan ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksi jurnalistlərlə görüşü zamanı bildirib.

O qeyd edib ki, Azərbaycan enerji resurslarından istifadə edərək iqtisadiyyatını şaxələndirib. Bundan əhali də geniş şəkildə faydalanıb:

“Azərbaycan iqtisadiyyatı Amerika şirkətləri üçün olduqca cəlbedicidir. Turizm sektorunda böyük imkanlar var – xizək kurortları, zəngin tarix və Bakının təklif etdiyi imkanlar. Amerika şirkətləri artıq burada bir çox hotelin tikintisi ilə maraqlanır. Ölkənin coğrafi mövqeyi, onun qərbdən şərqə uzanan əlaqə nöqtəsi olması böyük üstünlükdür. Azərbaycan həm də enerji sahəsində körpü rolunu oynaya bilər. Çünki Avropanın enerjiyə ehtiyacı var. Eyni zamanda, şimaldan cənuba bağlantılar mövcuddur. Azərbaycanın qonşuluğu və regional əlaqələri davamlı şəkildə genişlənir. Ölkə çoxsaylı bazarlara çıxış imkanı yaradır”.

Qeyd edək ki, Kuş Çoksi Azərbaycanda iqtisadiyyatın, demək olar ki, bütün sahələrini əhatə edən 31-dən çox şirkət və 60-dan çox nümayəndə ilə təmsil olunur.

 

Paylaş: