Xəbər axtarın

Son axtarış nəticələri:

“Mehdiyevin qəbul otağında günlərlə gözləyənlər indi qəhrəman olublar” – VİDEO

16.02.2026 17:27

“Ramiz Mehdiyev heç vaxt akademik olmayıb. Ömrü boyu oğurluq edib, başqasının əməyini öz adına çıxarıb. Başqalarını hədələyərək, qorxudaraq məqalələr yazdırıb”.

Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.

Onun sözlərinə görə, Ramiz Mehdiyev, bir çox insana pul, vəzifə verərək, onlardan öz məqsədləri üçün istifadə edib:

“Onun neçə çanta daşıyanı, ayaqqabı parıldadı olub. O başqa məsələ ki, vaxtilə Ramiz Mehdiyevə salam verdiyi üçün sevinən, həftələrlə əlini yumayan, beli qatlanan, onun qəbul otağında günlərlə gözləyənlər indi qəhrıman olublar”.

Davamı “Qırmızı masa”da:

 

Paylaş: