
Azərbaycanda ildə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq.
Primeinfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb.
Dəyişikliyə əsasən, minimum əmək haqqının məbləğinə Nazirlər Kabinetinin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.