Xəbər axtarın

Son axtarış nəticələri:

Müəllimi güllələyən şagird həbs edildi

07.02.2026 16:51

“İdrak” liseyində silahlı insident törədən şagird həbs edilib.

Primeinfo.az  xəbər verir ki, onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Şagirdə qarşı Cinayət Məcəlləsinin 29 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, bu maddənin sanksiyasında 9 ildən 14 ilə kimi həbs cəzası nəzərdə tutulur. Lakin qanuna görə 18 yaşı tamam olmamış şəxslərə 10 ildən artıq cəza verilə bilməz.

Paylaş: