
“Niyə bizim qəhrəmanlarımız silikon dodaqlı, dəfələrlə estetik əməliyyat olunmuş, özünü unutmuş insanlardır? Niyə biz düşünürük ki, Qərbdən gələn nə varsa yaxşıdır, Şərqdən gələn nə varsa pisdir?”
Primeinfo.az xəbər verir ki, bunu Prime TV-nin efirində yayımlanan “Qırmızı masa” verilişində siyasi şərhçi Elçin Alıoğlu bildirib.
Onun sözlərinə görə, tərbiyə elə bir şeydir ki, onu zərrə-zərrə yığıb, bir anın içində dağıtmaq mümkündür:
“Nədən biz dünyasını dəyişmiş yazıçı, şair, görkəmli xadimlərimizə lağ etməyi, onları təhqir etməyi özümüzə qəhrəmanlıq bilirik? Axı aşınmamız gedir, gələcəyimiz əldən gedir. Niyə bunu düşünmürük?”