Xəbər axtarın

Son axtarış nəticələri:

Ötən ay 1 234 müraciət araşdırılıb - DƏMX

09.02.2026 12:52

Yanvar ayı ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə (DƏMX) daxil olan 1 234 ərizə müvafiq qaydada araşdırılıb.

Primeinfo.az-a bu barədə DƏMX-dən məlumat verilib.

Bildirilib ki, bununla yanaşı Xidmət tərəfindən 2 008 sorğu və məktub cavablandırılıb. Xidmətin rəhbər vəzifəli şəxsləri və əməkdaşları tərəfindən fərdi qaydada qəbul edilən vətəndaşların sayı isə 1 541 nəfər olub.

Daxil olan müraciətlər əsasən topdan və pərakəndə ticarət, avtomobillərin təmiri, tikinti, emal sənayesi, yaşayışın təşkili və ictimai iaşə, nəqliyyat və digər sahələrlə bağlı olub.

Hər bir müraciət qanunvericiliyin tələbləri əsasında cavablandırılıb, sorğu xarakterli müraciətlərə isə müvafiq izahatlar verilib.

Paylaş: