Xəbər axtarın

Son axtarış nəticələri:

Pənah Hüseyn: “Ölkədə sosial vəziyyət niyə yaxşılaşmır?” – VİDEO

17.02.2026 16:52


“Elə hər şeyə güllü-gülüstan deyirlər. Onda biz də çıxaq deyək ki, qeyri-neft sektoru bu qədər inkişaf edib, sosial xərclər bu qədər çoxalıb… Bəs onda sosial vəziyyət niyə yaxşılaşmır?”

Primeinfo.az xəbər verir ki, bunu keçmiş Baş nazir Pənah Hüseyn Prime TV-nin “Milli fikir” verilişində deyib.

O, ölkənin sosial islahat strategiyasından söz açıb:

“Hər il hesabatlarda, sənədlərdə göstərilir ki, sosial sahəyə ayrılan vəsait çoxalır. Dövlət büdcəsinin xərcindən tutmuş müəssisələrdə, o cümlədən xüsusi mülkiyyətdə olan sahələrdə də əsas diqqət sosial xərclərə yönəlir. Bu hesabla sosial vəziyyət çox yaxşılaşmalıdır. Amma biz bu gün sosial vəziyyətin əldə olunmuş səviyyəsinin saxlanılmasından danışırıq”.

Davamı “Milli fikir”də:

 

Paylaş: