
İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian ABŞ-İsrail hücumları zamanı atasının hədəfə alındığını, amma sui-qəsd cəhdindən xəsarətsiz xilas olduğunu açıqlayıb.
Primeinfo.az xəbər verir ki, O, atasının vəziyyətinin yaxşı olduğunu bildirib.
“Sui-qəsd cəhdləri uğursuz oldu, digər rəsmilər də salamatdır. Yəqin daha uzun sürəcək münaqişə yaşayacağıq və bu, tükəndirmə müharibəsi olacaq. Ona görə də bu günləri aşmaq üçün qətiyyət və səbir vacibdir”, – Yusif Pezeşkian vurğulayıb.
Qeyd edək ki bu gün səhər saatlarında İsrail Hərbi Hava Qüvvələri Teranda Əli Xaməneinin ofisi və Məsud Pezeşkianın iqamətgahını bombalayıb.