Xəbər axtarın

Son axtarış nəticələri:

“Ramiz Mehdiyevin çevriliş planını hazırladığı bağda itinə baxan mənim partiyamın üzvü idi” – ŞOK AÇIQLAMALAR - VİDEO

13.02.2026 15:00

“Ramiz Mehdiyevin Novxanıdakı bağında itinə baxan mənim partiyamın Abşeron rayon təşkilatının üzvü idi. O bir dəfə mənə dedi ki, bağa filankəslər gəlir. Amma bu xəbəri mənim ötürdüyümü bilməsinlər, yoxsa məni öldürərlər”.

Primeinfo.az xəbər verir ki, bunu Prime TV-də yayımlanan “Qırmızı Masa” verilişində Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev deyib.

“Mənə onların gələcəyi tarixi, saatı dedi. Getdim, öz gözümlə gördüm ora gələnləri. Ziya Məmmədov, Ziya Məmmədovun qardaşı, Əbülfəs Qarayev və digərləri gəldilər. Özü də əlillər üçün nəzərdə tutulmuş maşınla gəldilər.

Əvvəlcə Ramiz Mehdiyevin Novxanıdakı bağının arxasındakı bağa girdilər. Bir az orada fırlandılar, sonra bir-bir Ramiz Mehdiyevin bağına girdilər. Orada yığışıb, nərd oynayırdılar, iclas keçirirdilər, çevriliş etmək istəyirdilər”.

Davamı “Qırmızı masa”da:

 

Paylaş: