
“Bəzi ekspertlərin fikrincə, Epşteyn fayllarının ortalığa çıxmasında İsrailin marağı odur ki, Tramp və ətrafına İran məsələsində mövqe qəbul etmək üçün təzyiq göstərsin. Burada qəribə bir reallıq var ki, ənənəvi olaraq İsrail və ABŞ maraqları Yaxın Şərqdə eyni deyil. Yəni, ABŞ üçün İsrail monopoliyası bitir. Ona görə də ABŞ heç də marağında deyil ki, İranla genişmiqyaslı müharibəyə girsin”.
Primeinfo.az xəbər verir ki, bu sözləri siyasi analitik Rizvan Hüseynov Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, nüvə obyektlərini vurmaqla məsələ həll edilmir. Yəni, İsrailin seçdiyi variant çıxış yolu deyil.
Davamı “Qırmızı masa”da: