
“May ayında Türk Dövlətləri Başçılarının qeyri-rəsmi Zirvə toplantısı keçiriləcək”.
Primeinfo.az xəbər verir ki, bu barədə APA-ya Türk Dövlətləri Təşkilatından bildirilib.
Qeyd edilib ki, qeyri-rəsmi Zirvə Görüşü Qazaxıstanın Türkistan şəhərində təşkil ediləcək.
Həmçinin may ayında keçiriləcək qeyri-rəsmi Zirvə Görüşündə Birinci Türkoloji Qurultayın 100-cü ildönümü ilə bağlı toplantı olacaq.