Xəbər axtarın

Son axtarış nəticələri:

TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər? - Nazirdən AÇIQLAMA - VİDEO

26.02.2026 11:27


“Hazırda Səhiyyə Nazirliyində islahatlar aparılır”.

Primeinfo.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev bu gün jurnalistlərə açıqlamasında deyib.

“TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilərmi?”sualına isə nazir cavab verməyib. O bu suallara TƏBİB Müşahidə Şurasının cavab verə biləcəyini bildirib.

Teymur Musayev hazırda fəaliyyətinə icazə verilən plastik cərrahlarla bağlı məsələyə də münasibət bildirib.

Onun sözlərinə görə, plastik və estetik əməliyyat üçün icazəsi olan cərrahların sayı 45 nəfərdir:

“Bu siyahı genişlənməyə davam edir. Məlum olduğu kimi, Azərbaycanda plastik cərrahlarla bağlı iki əsas mərkəz var və bu sahədə vəziyyət düzəlir”.

Paylaş: