Xəbər axtarın

Son axtarış nəticələri:

"Xamneyi buna görə məhz Təbrizə gəldi" - ŞOK TƏFƏRRÜATLAR - VİDEO

18.02.2026 18:39

“İranın hər dəfə xüsusilə, Azərbaycanı hədəf alması Xamneyinin tezislərindən qaynaqlanır. O niyə bunkerdən çıxan kimi birinci Təbrizə getdi? Niyə körfəz tərəfə getmədi? Məhz Təbrizə gəlməyi və türkləri hədəf göstərməsi ondan xəbər verir ki, İranın siyasətində müstəqil Azərbaycanı hələ də həzm edə bilmirlər və güneyli soydaşlarımızın Azərbaycana tarixi vətən kimi görməklərini qəbul edə bilmirlər. Bunu özlərinə ən böyük təhlükə görürlər.

Primeinfo.az xəbər verir ki, bu sözləri təhlükəsizlik eksperti İlham İsmayıl Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.

“Hesab edirəm ki, şah rejimində olduğu kimi molla rejimi də bunu davam etdirir və burada hədəf Azərbaycanı daim təhdiddə saxlamaqdır”, – ekspert əlavə edib.

Davamı “Qırmızı masa”da:

Paylaş: