Xəbər axtarın

Son axtarış nəticələri:

XİN başçısından Meksikadakı vətəndaşlarımızla bağlı AÇIQLAMA

26.02.2026 10:26


“Meksikada yaşayan azərbaycanlılar baş verənlərlə bağlı problemlərlə üzləşməyib”.

Primeinfo.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı “Ana harayı” abidəsini ziyarət edərkən jurnalistlərə açıqlamasında deyib.

“Səfirliyimiz 24 saat işləyir. Hər hansı problem yoxdu. Orada yaşayan azərbaycanlılardan da səfirliyə hər hansı müraciət daxil olmayıb”, – nazir bildirib.

Xatırladaq ki, Meksikada “El Mencho” kimi tanınan Halisco Yeni Nəsil kartelinin rəhbəri Nemesio Oseguera Servantesin aradan qaldırılması əməliyyatından sonra ölkədə silahlı toqquşmalar baş verir.

 

Paylaş: