
“Ukraynanın işğal edilmiş cənub-şərq hissəsindən torpaqları qaytarmaq şərti ilə Donbasın və Krımın itkisi ilə bəlkə də Ukrayna tərəfi razılaşa bilər. Amma Rusiyanın bu əraziləri də qaytarmaq fikri yoxdur. Əgər deyildiyi şəkildə Zelenski bunu qəbul etsə, o öz canını təhlükədən xilas edə bilməz və onu mütləq öldürərlər”.
Primeinfo.az xəbər verir ki, bu sözləri tədqiqatçı-alim Nazir Əhmədli Prime TV-nin “Qırmızı masa” verilişində bildirib.
O əlavə edib ki, Ukrayna əhalisi bütün bu ağrı-acıdan sonra Rusiyanın şərtlərini qəbul edəcəyi təqdirdə, Zelenskini hakimiyyətdə saxlaya bilməz.
Davamı “Qırmızı masa”da: