Xəbər axtarın

Son axtarış nəticələri:

Abbas Əraqçi Azərbaycana TƏŞƏKKÜR ETDİ

26.03.2026 13:14

“Xaricdəki bir çox iranlı vətənə qayıtmaq məsələsində çətin vəziyyətdədir. Bir çox xarici tərəfdaşlar onların təxliyəsində bizə kömək ediblər”. 

Primeinfo.az xəbər verir ki, bu sözləri İranın xarici işlər naziri Abbas Arakçı deyib.

“Əfqanıstan, Türkmənistan, Azərbaycan, Ermənistan, Türkiyə və hətta Səudiyyə Ərəbistanı hökumətlərinə təxliyələrdə göstərdikləri əməkdaşlığa görə təşəkkür etməliyəm. Pakistan da daxil olmaqla, qonşularımız da əhəmiyyətli kömək göstəriblər”, – deyə iranlı nazir qeyd edib.

Qeyd edək ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamneyi və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb.

Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.

Paylaş: