Xəbər axtarın

Son axtarış nəticələri:

Azər Qasımlı 12 il azadlıqdan məhrum edilib

11.03.2026 16:55

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlının cinayət işi işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Primeinfo.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Azər Qasımlı 12 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, dövlət ittihamçısı Azər Qasımlının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Siyasi Menecment İnstitutunun direktoru, politoloq Azər Qasımlı barəsində olan müraciətlə əlaqədar 8 dekabr 2024-cü ildə polis tərəfindən saxlanılıb.

O, Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 182.3.2 (Hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi üzrə təqsirli bilinir.

Paylaş: