
Hindistan İrandan öz vətəndaşlarının təxliyəsinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Bu barədə Primeinfo.az Hindistanın Bakıdakı diplomatik missiyasının məlumatına istinadən xəbər verir.
“Hindistan vətəndaşlarının İrandan təhlükəsiz təxliyəsində göstərdiyi köməyə görə Azərbaycan hökumətinə səmimi minnətdarlığımızı bildiririk”, – səfirlikdən bildiriblər.
Martın 30-u saat 10:00-a olan məlumata görə, fevralın 28-i saat 08:00-dan etibarən Hindistanın 196 vətəndaşı təxliyə edilib. Ümumilikdə bu müddət ərzində 3 094 nəfər təxliyə olunub.
We convey our sincere appreciation to the authorities of Azerbaijan for facilitating safe transit of Indian nationals from Iran.@presidentaz@bayramov_jeyhun @AzerbaijanMFA@MEAIndia
— India in Azerbaijan (@indembassybaku) March 30, 2026