Xəbər axtarın

Son axtarış nəticələri:

Azərbaycan nefti 5%-dən çox bahalaşıb

12.03.2026 10:05

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

Primeinfo.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 5,09 ABŞ dolları və ya 5,6% artaraq 95,43 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 90,34 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Paylaş: