
Amerika Birləşmiş Ştatlarında yaşayan azərbaycanlı gənc itkin düşüb.
Primeinfo.az xəbər verir ki, bu barədə gəncin yaxınları sosial şəbəkələrdə məlumat yayıb.
Ömər Bayramzadə Yaşar oğlu 3 həftə əvvəl Kolumbus şəhərindəki evdən çıxıb. Bu günə qədər Ömərdən xəbər yoxdur.
Hazırda onun axtarışları hüquq-mühafizə orqanları tərəfindən aparılır.
Yaxınları gənci görənlərdən ABŞ-də aktiv olan 612 972 2860 nömrəsinə məlumat vermələrini xahiş edirlər.
