Xəbər axtarın

Son axtarış nəticələri:

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri olacaq - CƏDVƏL

12.03.2026 10:28

Sərnişin tələbatını təmin etmək məqsədilə Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin ediləcək.

Primeinfo.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, 18 mart tarixində hər iki istiqamətə səfərlər təşkil ediləcək.

Sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.

Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Paylaş: